Xəzər Xəbər

Bağırsaqlarda parazitləri yox edən 4 MƏHSUL

Cəmiyyət | 14:26 • 11 İyun 2019
Bağırsaqlarda parazitləri yox edən

Helmintlər bağırsaqlarda yaşayan parazit qurdlarıdır. Yumru və lentşəkilli qurdlar bağırsaq qurdlarının ən yayılmış tipidir. Bu parazitlər çox təhlükəlidir və aradan qaldırılmazsa, onlar ciddi problemlər doğura bilər.

Onlar adətən dərman vasitələriylə məhv edilir, amma dərmanlar bəzən effektsizdir və mənfi təsirlərə səbəb ola bilir. Xoşbəxtlikdən bu qurdları məhv edən təbii və heç bir mənfi təsiri olmayan vasitələr var.

XəzərXəbər bu yazıda oxuyucuları bağırsaq parazitlərini məhv edən təbii vasitələrlə tanış edir.

Yerkökü

Yerkökünün bağırsaq parazitlərini məhv etməyə kömək etdiyini bilirdiniz? 2 yerkökükünü səhər buxarda bişirib acqarına yeyin, tezliklə bütün parazitlər yox olacaq. Bonus olaraq yerkökü göz sağlamlığını yaxşılaşdıracaq.

Təzə sıxılmış tərəvəz şirəsi

Çiy tərəvəz şirəsi sağlamlığımız üçün daha böyük üstünlüklərə malikdir. Təzə tərəvəz suları orqanizmi faydalı qida maddələri ilə təmin edir, eyni zamanda qanı toksinlərdən və parazitlərdən təmizləyir. Əgər bağırsaq qurdlarından əziyyət çəkirsinizsə, yerkökü, ispanaq, xiyar, kərəviz suyu için. Bu, sizi parazitlərdən tezliklə xilas edəcək.

Zeytun yağı

Zeytun yağı həzm sisteminə məlhəm kimi təsir edir və çox qısa vaxt ərzində bütün parazitləri öldürə bilər. Qaraqınıq yarpaqlarını bir az zeytun yağı ilə qarışdırın və bu qarışığı balla gündə iki dəfə için. Bütün bağırsaq qurdlarını öldürmək və həzm sisteminin funksiyasını yaxşılaşdırmaq üçün əla üsuldur.

Sarımsaq

Sarımsaq bağırsaq parazitlərini məhv edən və ümumi vəziyyəti yaxşılaşdıra bilən güclü analgetik, antibiotik və antioksidantdır. Bağırsaqlardan qurdları aradan qaldırmaq üçün iki diş sarımsağı bir qədər küncüt yağı ilə qarışdırın. Qarışığı qaynadın, parazitləri tökmək üçün gündə iki dəfə qəbul edin./publika.az

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
541 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti