Xəzər Xəbər

Kardioloqlar təhlükəli simptomları açıqladı

Cəmiyyət | 10:08 • 11 İyun 2019
Kardioloqlar təhlükəli simptomları açıqladı

Qadınlarda ürək tutması kəskin simptonlar olmadan baş verir, xəstələr isə kiçik naxoşluqlara məhəl qoymağa meylli deyil. Amma bu, ölümcül təhlükəli ola bilər.

Amerikalı kardioloqlar qadınları ürək xəstəliklərinə daha diqqətli olmağa səsləyib. Həkimlər qeyd edib ki, qadınlarda ürək tutmaları kişilərdəki kimi intensiv deyil. Odur ki, qadınlar ölümcül ola biləcək simptomlara məhəl qoymur.

Kardioloqların sözlərinə görə, adi hərəkətlərin yerinə yetirilməsində təngənəfəslik yaranırsa, diqqətli olmaq lazımdır. Xüsusilə təngənəfəslik simptomlarını yüksək təzyiq və beldə ağrılar müşayiət edirsə, vəziyyət ciddidir.

Çiyinlərdə, boyunda, sol əldə, boğazda və çənədə ağrı ürək tutmalarının əlamətləri ola bilər. Əgər belə naxoşluq üçün başqa səbəb yoxdursa, həkimə müraciət etməyə tələsin. Xüsusilə dinc vəziyyətdə nəbzin artıması, başgicəllənmə, ürək bulanması kimi hallar baş verirsə.

Xroniki yorğunluq, sinədə ağrı və təzyiqin qalmxmasını hiss edirsinizsə, səbəbsiz həyəcanlanırsınızsa, müayinədən keçməyə dəyər. Adətən qadınlarda ürək problemi klimaks və menopauzadan sonra başlayır./publika.az

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
515 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti