Xəzər Xəbər

Alt paltarında saat-telefon keçirmək istədi, yaxalandı - FOTO

Cəmiyyət | 14:56 • 27 May 2019
Alt paltarında saat-telefon keçirmək istədi, yaxalandı -

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına və 11 saylı Cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Xezerxeber.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən həbs edilmiş şəxs Məmmədov Murad Həmzə oğlu Bakı İstintaq təcridxanasına qəbul olunarkən üzərinə baxış keçirilən zaman alt paltarında gizlədilmiş 1 ədəd mobil telefon funksiyalı "Smart-Watch” markalı qol saatı və 1 ədəd danışıq kartı aşkar edilib.

Cinayət Məcəlləsinin 181.3.2; 177.2.2; 66.3; 317.2.1 və 67.1-ci maddələrinə əsasən 5 il 8 ay müddətinə azadlqıdan məhrum edilmiş və hal-hazırda 11 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Hüseynov İlham Nəbi oğluna qohumu Bakı şəhər sakini Lələyev İlqar Şirqasım oğlu tərəfindən gətirilən sovqata baxış keçirilən zaman 1 ədəd şampun qabının içərisində gizlədilmiş 11 ədəd rəngli şəffaf selofan bükülüdə 9,207 qram narkotik maddə "Heroin” aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti