Xəzər Xəbər

Bakıda quraşdırılan Formula 1 avadanlıqlarının sökülməsi nə vaxt yekunlaşacaq?

Cəmiyyət | 15:09 • 16 May 2019
Bakıda quraşdırılan Formula 1 avadanlıqlarının sökülməsi nə vaxt yekunlaşacaq?

26-28 aprel tarixlərində Bakıda keçirilən Formula 1 Azərbaycan Qran prisi ilə bağlı quraşdırılan avadanlıqların bir hissəsi artıq sökülüb.


XəzərXəbər Trend-ə istinadən bildirir ki, bunu Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.


N.Arpadarai bildirib ki, yarış bitdikdən dərhal sonra artıq avadanlıqların sökülməsinə başlanılıb. Onun sözlərinə görə, küçələrin bir qismi artıq təmizlənib, avadanlıqlar sökülərək anbara aparılır.


Şöbə rəhbəri vurğulayıb ki, bu işlərin təqribən bir aya yekunlaşdırılması nəzərdə tutulur: "Təqribən bir ay sonra növbəti yarışın keçirilməsinə hazırlaşacağıq. Hər zaman olduğu kimi çalışacağıq ki, növbəti Qran Pridə də yeniliklər edək, tamaşaçılar üçün maraqlı olsun".


O qeyd edib ki, növbəti yarışın gələn ilin yay aylarında keçirilməsi nəzərdə tutulur, lakin dəqiq tarixi müəyyənləşdirmək üçün danışıqlar aparılır.


N.Arpadarai əlavə edib ki, ümumilikdə bu dəfə də Azərbaycan Qran Prisi maraqlı keçib: "Bu il sosial şəbəkədə bizim həştəqimiz ilk onluqda idi. Bu il Qran Pri əvvəlkilərə nisbətən bir qədər sakit keçdi. Yəni əvvəlki yarışlarda çoxlu hadisələr, qəzalar baş vermişdi. Biz builki nəticələrdən çox razıyıq".

Rubrikanın digər xəbərləri

Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024

Xəbər lenti