Xəzər Xəbər

ÜST HƏYACAN SİQNALI çalır Yaxın 30 ildə...

Cəmiyyət | 10:52 • 16 May 2019
ÜST HƏYACAN SİQNALI çalır

Ümumdünya Səhiyyə təşkilatı xəbərdarlıq edir.

Təşkilat dünyada sürətlə yayılan unutqanlıq probleminin kütləvi insan faciəsinə çevrilə biləcəyini deyir.

Bildirilir ki, insanlar nizamlı şəkildə idman edərək, siqaret və spirtli içkidən imtina etməklə, həmçinin normal çəkidə qalmaq şərtilə, qan təzyiqi və qanda şəkərin miqdarının səviyyələrini qoruyaraq unutqanlığın yayılma riskini azalda bilərlər. Unutqanlığın ən güclü risk faktoru yaşdır. Lakin yaşlanmanın unutqanlığın təbii və qaçınılmaz nəticəsi olmadığı vurğulanır.

Təşkilatın baş katibi Tedros Adhanom verdiyi açıqlamada növbəti 30 ildə unutqanlıqdan əziyyət çəkən insan sayının 3 qat artacağını gözlədiklərini deyib.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, unutqanlıq dünyada ən sürətlə yayılan sağlamlıq problemlərindən biri halına gəlib. Qlobal miqyasda bu xəstəliyin daşıyıcılarının sayı 50 milyondur. Bu rəqəm hər il daha 10 milyon artır. Təşkilatın təxminlərinə görə, unutqanlıq dünya iqtisadiyyatına 2030-cu ilə qədər 2 trilyon dollara zərər vuracaq.

Unutqanlığın ən çox rast gəlinən forması Alzaymerdir. Bu xəstəlik gündəlik aktivliyin azalması və bacarıqların məhdudlaşması ilə ortaya çıxan nevro-psixiatrik simptomlardan ibarətdir.

Beynəlxalq Alzaymer Xəstəliyi Qurumu (ADİ) və Yaşlanma üzrə Qlobal Koalisiyanın (GCOA) indeksinə görə, 2050-ci ildə unutqanlıqdan əziyyət çəkənlərin 70%-i inkişaf etmiş ölkələrin payına düşəcək./publika.az

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
541 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti