Xəzər Xəbər

Kürütökmə dövründə balıq ovuna çıxan şəxslər barəsində ciddi tədbirlər görüləcək - XƏBƏRDARLIQ

Cəmiyyət | 17:05 • 14 May 2019
Kürütökmə dövründə balıq ovuna çıxan şəxslər barəsində ciddi tədbirlər görüləcək -

Balıqların kürütökmə dövründə balıq ovuna çıxan şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada ciddi tədbirlər görüləcək.


Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev deyib.


Onun sözlərinə görə, hazırda kürütökmə dövrü ilə əlaqədar balıq ovlanması qadağandır:


"Bütün fiziki və hüquqi şəxsləri xəbərdar edirik ki, bu dövrdə balıq ovuna çıxanlar barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada ciddi tədbirlər görüləcək".


R.Mirzəyev bildirib ki, 2019-cu ilin ötən dövrü ərzində keçirilən reydlər zamanı balıqovlama biletlərinin (kvota) şərtlərinin pozulduğu, eləcə də balıqovlama bileti olmadan balıq ovlandığı faktları aşkar edilərək sənədləşdirilib:


"Belə ki, balıqovlama biletlərinin tələblərinin pozulması və balıqovlama biletləri olmadan balıq ovu ilə bağlı Xəzər dənizi akvatoriyasında və daxili su hövzələrində 70 fakt aşkar edilib. Faktlarla bağlı təqsirkar şəxslər barəsində akt və protokollar tərtib edilib, ümumilikdə qanunsuz ovlanmış 7813 müxtəlif növ balıq götürülüb, 28 qanun pozucusuna inzibati qaydada 21 min 200 manat məbləğində cərimə tətbiq edilib. Ümumilkdə təbiətə vurulan 5103 manat ziyan hesablanıb və cinayət tərkibi yaranan 42 iş üzrə araşdırma materialları hüquq-mühafizə orqanlarına göndərilib".


R.Mirzəyev əlavə edib ki, ötən dövr ərzində regionlarda balıq ovlanması qaydaları və bu qaydaların pozulmasına görə nəzərdə tutulan inzibati və cinayət məsuliyyətləri, eləcə də təbiətə dəymiş ziyan barədə "xəbərdarlıq” hazırlanaraq kütləvi informasiya vasitələrində yayımlanıb, həmçinin "Xəbərdarlıq” vərəqəsi regionlarda yaşayış məntəqələrində və vətəgələrdə görünən yerlərdə yerləşdirilib, balıq ovu ilə məşğul olan fiziki, hüquqi şəxslər və briqada üzvləri arasında geniş izahat işləri aparılıb. (Trend)

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024

Xəbər lenti