Xəzər Xəbər

Oruc tutanlar bu qaydalara riayət etməlidirlər

Cəmiyyət | 13:37 • 14 May 2019
Oruc tutanlar bu qaydalara riayət etməlidirlər

Gün boyu siqaret çəkməyib, iftardan sonra çox siqaret çəkmək də ürəyə çox böyük ziyan ola bilər

Ramazan ayında oruc tutan vətəndaşlara xəbərdarlıq olunub. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, kardioloq Aydın Mustafa oruc tutulmasının qaydaları ilə bağlı açıqlama verib. O deyib ki, oruc tutmaq insanların damarlarında elastikliyi artırır, insulin artmağa meyilli olur, ürək, qan-damar sistemində tromblaşmaya qarşı müsbət təsir edir.

"Oruc tutan şəxslər imsaqa mütləq oyanmalıdılar. Onlar iftar zamanı az yeməli, ağır qidalar qəbul etməməlidirlər. İmsaqa oyanmamaq artıq çəkinin yaranmasına səbəb ola bilər. Eyni zamanda imsaq və iftarda çox duzlu yemək qəbul etmək olmaz. Bu, ürək, qan-damar xəstəliklərinə səbəb ola bilər. Gün boyu siqaret çəkməyib, iftardan sonra çox siqaret çəkməyin də ürəyə çox böyük ziyanı ola bilər. İftar ilə imsaq arasında olan vaxtda kifayət qədər maye qəbul edilməlidir. İftar zamanı yeməkləri aramla və qısa məsafələr verməklə yemək lazımdır”, – deyə kardioloq əlavə edib.

O bildirib ki, imsaqda sulu və lifli qidalara üstünlük vermək lazımdır. Belə qidalar uzun müddət tox saxlayır.

Kardioloq onu da əlavə edib ki, ürək, qan-damar xəstəliyi olan xəstələr həkimləri ilə məsləhətləşdikdən sonra oruc tuta bilərlər. Əks halda onların səhhətində problem yarana bilər.


Xəbər lenti