Xəzər Xəbər

Afaq Əliyeva: “Azərbaycanda qrip infeksiyası laborator təsdiqini tapmayıb”

Cəmiyyət | 16:25 • 13 May 2019
Afaq Əliyeva: “Azərbaycanda qrip infeksiyası laborator təsdiqini tapmayıb”

"Azərbaycanda qrip infeksiyası laborator olaraq təsdiqini tapmayıb”.


Bunu ONA-ya Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.


Qripə qarşı nəzarət tədbirlərinin bu gün də davam etdirildiyini vurğulayan A. Əliyeva bildirib ki, qripəbənzər xəstəliyin olduğu şəxslərdən müayinə materialı götürülür.


O qeyd edib ki, ölkədə əsasən kəskin respirator virus infeksiyaları qeydə alınır: "Son həftələr ərzində isə kəskin respirator virus infeksiyaların sayında bir qədər azalma müşahidə olunur. Kəskin respirator virus infeksiyaları adi soyuqdəymədir, çox yüngül xəstəlikdir. Bu, mövsümi olaraq qeydə alınır”.


Azərbaycanın baş infeksionisti Cəlal İsayev ONA-ya bildirib ki, ölkədə qriplə xəstələnmə hallarına rast gəlinmir: "Hava şəraitinin mülayim keçməsi ilə bağlı virusların xaricə mühitə davamlılığı azalır, isti hava şəraitində qripin yayılması dayanır. Ölkədə əsasən kəskin respirator virus infeksiyaları qeydə alınır. Buna isə qrip demək olmaz”.

Rubrikanın digər xəbərləri

Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti