Xəzər Xəbər

Bu gündən Bakı bulvarının bir hissəsinə giriş 5 günlük bağlanır

Cəmiyyət | 10:10 • 24 Aprel 2019
Bu gündən Bakı bulvarının bir hissəsinə giriş 5 günlük bağlanır

26-28 aprel tarixlərində Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar bu gündən etibarən Dənizkənarı Milli Parkın "Azneft" dairəsindən Bakı Dəniz Vağzalına qədər hissəsinə giriş bağlanacaq.

Bunu Trend-ə Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarai deyib.

N.Arpadarai bildirib ki, aprelin 25-dən etibarən Formula 1 yarışına bileti olan şəxslər həmin əraziyə daxil ola biləcəklər.

Onun sözlərinə görə, aprelin 25-dən etibarən yarışla bağlı Bakı bulvarında əyləncə proqramlarına başlanacaq: "Bulvar ərazisinə giriş aprelin 29-dan açılacaq".

Qeyd edək ki, Formula 1 Bakıda 2016-cı ildən keçirilir. Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti "Azadlıq” meydanındadır.

2016-cı ildə "Williams” komandasının pilotu Valtteri Bottas tərəfindən Bakıda Formula 1 yarışlarının sürət rekordu qeydə alınıb – 378 km/saat.

Azərbaycana Qran Priyə tamaşa etmək üçün daha çox Rusiya, Böyük Britaniya, Gürcüstan, Niderland, Polşa, BƏƏ və Finlandiya vətəndaşları səfər edirlər.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar