Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti aprel ayının 24-nə qədər davam edəcək.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev məlumat verib.
Baş hidroloq xatırladıb ki, aprelin 19-u gündüz saatlarından başlayan qeyri-sabit hava şəraiti hələ də davam edir:
"Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb. Naxçıvan MR-nın və Lənkəran-Astara zonasının bir sıra ərazilərində yağıntılar intensiv olub.
Eyni zamanda Naxçıvan MR-nın Ordubad rayonun dağlıq ərazilərində, Daşkəsən, Gədəbəy, Göygöl,Kiçik Qafqazda, eləcə də Böyük Qafqaz ərazilərində intensiv yağntılar müşahidə edilib”.
A.Verdiyevin sözlərinə görə, intensiv yağıntılar nəticəsində respublika ərazisindəki çaylarda suyun səviyyəsi artıb:
"Respublika çaylarında sululuğun artımı davam edib. Əsasən, Lənkəran-Astara bölgəsinə aid olan Lənkərançayda, eyni zamanda Kiçik Qafqaz ərzisinə axan Zəyəmçayda və Qanıx, Araz çaylarında da artım müşahidə edilib.
Ümumilikdə isə ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti aprel ayının 24-ə qədər davam edəcək”.
Oxu.Az