Xəzər Xəbər

Süd və süd məhsulları alarkən diqqətli olun

Cəmiyyət | 17:07 • 25 Mart 2019
Süd və süd məhsulları alarkən diqqətli olun

Süd və süd məhsulları insanların geniş istifadə etdiyi əvəzsiz qidalardandır.

Trend-in Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırmalara istinadən verdiyi məlumata görə, süd yaxşı stimulyatordur və orqanizmə daxil olan başqa qida maddələrinin mənimsənilməsini artırmağa köməklik edir.

Açıq şəraitdə satılan süd məhsulları gigiyenik baxımdan insan orqanizmində zərərli xəstəliklərə səbəb ola bilər. Ona görə də süd və süd məhsulları alarkən qablaşdırmanın üzərində aşağıdakı məlumatların olduğuna diqqət etmək lazımdır:

- istehsalçı müəssisənin adı və ünvanı,
- məhsulun adı;
- yağın kütlə payı;
- əmtəə nişanı;
- məhsulun xalis çəkisi;
- istifadə tarixi;
- tərkibi;
- istifadə edilməsi barədə məlumatlar;
- saxlanılma müddəti və şəraiti;
- standartın nömrəsi və s.

Süd məhsullarının qablaşdırılmış paketləri zədəsiz olmalı, məhsulların yararlılıq müddəti istehsalçı tərəfindən paketin üzərində əks olunmalıdır. Süd tez xarab olan məhsullara daxil olduğu üçün istehlak ediləcək miqdarda alınmalıdır. Alındıqdan sonra isə ən qısa müddətdə soyuducuya yerləşdirilməlidir. Saxlama müddəti keçmiş süd məhsullarının istifadəsi sağlamlıq üçün təhlükəlidir.

Onu da bilmək lazımdır ki, saxlanılma şəraitinin və müddətinin pozulması süd və süd məhsullarında bakteriyaların inkişafını sürətləndirir.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti