Xəzər Xəbər

Uşağın burnu tez-tez qanayırsa, nə etməli…

Cəmiyyət | 15:58 • 4 Mart 2019
Uşağın burnu tez-tez qanayırsa, nə etməli…

Bəzən uşaqların burnu heç bir zədə olmadan qanamağa başlayır. Bu isə valideynlərdə narahatlığa səbəb olur. Onlar düşünürlər ki, yəqin uşaqda hansısa ciddi problem var. Bəs uşaqlarda burun qanaması nədən yaranır? Hansı hallarda burun qanaması təhlükəli hal ola bilər?

Medicina.az xəbər verir ki, burun qanamaları qorxulu görünə bilər, amma ümumi götürdükdə bu hal çox təhlükəli deyil.

Qış aylarında evlər və mənzillərdə istilik sistemi və radiatorların təsirindən həddən artıq qutu havanın olması burunda quruma, qabığa səbəb olur. Damarlar quruyur və uşaq burnunun içinə toxunan kimi o qurumuş, qabıqlanmış selikli qişa qoparaq qanayır.

Kapilyarlar selikli qişaya çox yaxın yerləşdiyi üçün xırda zədələrdə belə, burun qanamaları mümkündür. Başqa bir səbəb isə burunda adenoid, yəni artıq ətin olmasıdır.

Kapilyar qanaxmalar təhlükəli deyil. Bu halda heç bir müdaxilə etməsən belə, qanaxma özü dayanır.

Lakin daha ciddi qanaxmalar olur ki, bu, arterial qanaxmalardır. Arterial qanaxmalar uşaqların hansısa qan xəstəliyi ilə bağlı yaranır. Bu, çox ciddi müdaxilə tələb edən bir haldır və uşaq mütləq həkimə çatdırılmalıdır. Kapilyar partlamaları təkrar-təkrar baş verirsə, lor həkimi həmin damarı yandırır və problem həll olunur. Amma dediyim kimi, arterial qanaxmalarda daha ciddi müdaxilə lazımdır. Bundan əlavə əgər burun qanamalarını dayandıra bilməsəniz, uşağınızın burnunda qırıq burun sümüyü varsa, çox qan itirirsə, uşaq xəstə və zəif görünürsə, nəfəs almaqda çətinlik çəkirsə, onun bədəninin başqa yerlərində, məsələn, damağında, sidiyində, nəcisində qanama görürsünüzsə, dərhal həkimə müraciət edin.

Burunun içinin qurumaması üçüngündə bir neçə dəfə, xüsusilə də yatmazdan qabaq burun dəliklərinin içinə vazelin kimi nəmləndirici vasitələr sürtün.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti