Xəzər Xəbər

Bu ay 8 gün iş olmayacaq

Cəmiyyət | 10:08 • 1 Mart 2019
Bu ay 8 gün iş olmayacaq

Azərbaycanda mart ayının gəlişi həm də tətil ab-havası deməkdir.

Bu il martda Beynəlxalq Qadınlar günü və Novruz bayramı ilə əlaqədar 8 qeyri-iş günü olacaq.

Belə ki, Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart qeyri-iş günləri olacaq. Bu il bayram günü hesab edilən 23 və 24 mart həftələrarası istirahət günləri ilə üst-üstə düşdüyündən 25, 26 mart da qeyri-iş günü hesab ediləcək. Beləliklə, Novruz bayramı günlərində 20-26 mart tarixləri qeyri-iş günləri olacaq. İş günü 27 martdan hesablanacaq.

Bu barədə Baş nazir Novruz Məmmədov hələ ötən il dekabrın 19-da sərəncam imzalayıb. ("Qafqazinfo”)

Rubrikanın digər xəbərləri

Xəbər lenti