Xəzər Xəbər

Dövlət peşə təhsili müəssisələrinin nizamnaməsi təsdiqləndi

Cəmiyyət | 09:46 • 1 Mart 2019
Dövlət peşə təhsili müəssisələrinin nizamnaməsi təsdiqləndi

"Dövlət və bələdiyyə tərəfindən yaradılan peşə təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və "İlk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 29 dekabr tarixli 359 nömrəli Qərarında dəyişiklik edilib.


Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.


Qərara əsasən "Dövlət və bələdiyyə tərəfindən yaradılan peşə təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi” təsdiq edilib.


Mərkəzi və yerli icra hakimiyyəti orqanları tabeliklərində olan peşə təhsili müəssisələrinin (cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələri və xüsusi peşə təhsili müəssisələri istisna olmaqla) nizamnamələrini (nizamnamələrində dəyişiklikləri) iki ay müddətində təsdiq etməlidir.


Dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər tabeliyində olan peşə təhsili müəssisələrinin nizamnamələrinin təsdiq edilməsi barədə təkliflərini bir ay müddətində hazırlayıb Təhsil Nazirliyinə təqdim etməli və Təhsil Nazirliyi həmin peşə təhsili müəssisələrinin nizamnamələrini təklif təqdim olunduğu gündən iki ay müddətində təsdiqləməlidir.


Eyni zamanda peşə təhsili müəssisələrinin "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna uyğun olaraq zəruri hərəkətlərin beş gün müddətində həyata keçirmələrini təmin etməlidirlər.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
396 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti