Xəzər Xəbər

Avropa ölkələrində hər il hepatitdən 170 min insan həyatını itirir

Cəmiyyət | 14:57 • 12 Fevral 2019
Avropa ölkələrində hər il hepatitdən 170 min insan həyatını itirir

Gürcüstanda Dünya Səhiyyə Təşkilatının (DST) himayədarlığı ilə ictimai səhiyyə sahəsində ciddi təhlükə olan viruslu hepatitlərlə mübarizəyə həsr edilmiş ilk regional görüş başlayıb.


AZƏRTAC DST-yə istinadla xəbər verir ki, təşkilatın Avropa bürosunun üzv ölkələrində hər il viruslu hepatitlərdən 170 min insan həyatını itirir.


Bu tendensiyanın qarşısını almaq məqsədilə DST-nin himayədarlığı ilə 2021-ci ilədək olan dövrdə regionda viruslu hepatitlərə qarşı mübarizə üzrə fəaliyyət planı işlənib hazırlanıb. Təşkilatın fevralın 11-dən 13-dək keçirilən Tbilisi görüşünün iştirakçıları bu planın icrası istiqamətində əsas nailiyyətləri və çətinlikləri müzakirə edəcəklər. Onlar epidemioloji nəzarət və profilaktika, testləşdirilmə, laborator potensialının möhkəmləndirilməsi, diaqnostika və müalicədən istifadənin yaxşılaşdırılması məsələlərini gözdən keçirəcəklər.


DST-də xatırladırlar ki, bu yaxınlaradək viruslu hepatitlər ictimai sağlamlıq üçün lazımi diqqətin ayrılmadığı qlobal təhlükədir. DST-nin Avropa regionunda ən azı 15 milyon nəfər hepatit B virusunun əmələ gətirdiyi infeksiya ilə, 14 milyon insan isə hepatit C virusunun yaratdığı xroniki infeksiya ilə yaşayır. Bundan başqa, hər il regionda viruslu hepatitlərdən təxminən 171 min insan həyatdan köçür.


DST-nin Avropa bölməsinin tərkibinə Avropa qitəsi dövlətlərindən əlavə Mərkəzi Asiya və İsrail də aid olmaqla 53 ölkə daxildir.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti