Xəzər Xəbər

İlk peşə-ixtisas təhsili müəssisələrinin buraxılış imtahanı fevralın 17-də keçiriləcək

Cəmiyyət | 12:07 • 12 Fevral 2019
İlk peşə-ixtisas təhsili müəssisələrinin buraxılış imtahanı fevralın 17-də keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2019-cu ildə keçiriləcək imtahan və digər tədbirlərin tarixləri açıqlanıb.


DİM-dən xezerxeber.az-a bildirilib ki, ilk peşə-ixtisas təhsili müəssisələrinin buraxılış imtahanı fevralın 17-də keçiriləcək.


İlk peşə-ixtisas təhsili müəssisələrinin tədrisi Azərbaycan dilindən fərqli olan bölmələrinin şagirdləri üçün Azərbaycan dili imtahanı isə fevralın 18-də keçiriləcək.


Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ, 1-ci istiqamət -3 mart;


Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ, 2-ci istiqamət - 10 mart;


Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ, 3-cü istiqamət - 17 mart;


Ümumi (9 illik) orta təhsil bazasında, I mərhələ (əvvəlki illərin məzunları və eksternat qaydasında imtahan verənlər üçün) - 31 mart;


Tədrisi Azərbaycan dilindən fərqli olan bölmələrin şagirdləri üçün Azərbaycan dili imtahanı - 5 may;


Ümumi (9 illik) orta təhsil bazasında II mərhələ, 1-ci istiqamət - 2 iyun;


Ümumi (9 illik) orta təhsil bazasında II mərhələ, 2-ci istiqamət - 9 iyun;


Ümumi (9 illik) orta təhsil bazasında II mərhələ, 3-cü istiqamət - 16 iyun;


Ümumi (9 illik) orta bazasında II mərhələ (əvvəlki illərin məzunları və eksternat qaydasında imtahan verənlər üçün) - 23 iyun;


Tam (11 illik) orta təhsil bazasında, 1-ci istiqamət - 7 aprel;


Tam (11 illik) orta təhsil bazasında, 2-ci istiqamət- 14 aprel;


Tam (11 illik orta) təhsil bazasında, 3-cü istiqamət - 21 aprel;


Tam (11 illik) orta təhsil bazasında (əvvəlki illərin məzunları və eksternat qaydasında imtahan verənlər üçün) - 28 aprel;


Tədrisi Azərbaycan dilindən fərqli olan bölmələrin şagirdləri üçün Azərbaycan dili imtahanı - 5 may.

Xəbər lenti