Xəzər Xəbər

Bakıda yeni virus yayıldı - bu əlamətlər olduqda antibiotikdən qəti istifadə etməyin!

Cəmiyyət | 11:32 • 11 Fevral 2019
Bakıda yeni virus yayıldı -

Artıq bir müddətdir ki, Bakıda koksaki adlı virus yayılmağa başlayıb.


Daha çox uşaqlarda rast gəlinən bu xəstəlik əvvəlcə qızdırma, halsızlıqla başlayır. Sonra isə özünü səpkilərlə biruzə verir. Səpkilər əsasən ovucda, ağız ətrafında, dizdə və bədənin büküş hissələrində yaranır.


Səpkilər formasına görə suçiçəyinə bənzəsə də, həkimlər bu virusu fərqləndirirlər. Virus keçicidir, əsasən tənəffüs yolu və yaxın təmas vasitəsilə ötürülür.


Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova isə açıqlamasında bildirib ki, virusla bağlı xəstəxanalara müraciət daxil olmayıb:


"Hələ ki, koksaki virusuna bizdə rast gəlinməyib. İndiyə kimi bu virusla bağlı müraciət edən də olmayıb”.


Rəsmi olaraq təkzib edilsə də, həkimlər xəbərdarlıq edir ki, virus infeksiyası diaqnozu qoyulan xəstəlik üçün heç bir antibiotik istifadə edilməməlidir. Xəstəlik adətən öz-özünə, heç bir müdaxilə olmadan 7-10 gün ərzində keçir. Lakin hər bir xəstəlikdə olduğu kimi bu virusda da ağırlaşmalar ola bilər.


Hətta belə bir halda da qətiyyən antibiotik istifadə edilməməlidir. Koksaki virusu üçün yalnız simptomatik müalicə aparıla bilər. Yəni temperaturu yüksəkdirsə, bunu aradan qaldırmaq üçün dərman verilməlidir. Xəstə halsızdırsa dincəlməlidir. Ən mühüm məsələ isə virusa yoluxan şəxsin çoxlu miqdarda maye qəbul etməsidir. ("Qafqazinfo”)

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti