Xəzər Xəbər

Sumqayıt-Bakı qatarında nasazlıq yaranıb

Cəmiyyət | 09:32 • 11 Fevral 2019
Sumqayıt-Bakı qatarında nasazlıq  yaranıb

Sumqayıt-Bakı elektrik qatarının hərəkətində problem yaranıb.

Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) məlumat verilib. Bildirilib ki, Sumqayıt-Bakı marşrutu ilə işləyən, saat 08:00-da Sumqayıt sərnişin stansiyasından yola düşməli olan 6008 №-li elektrik qatarı texniki nasazlıq səbəbindən xəttə çıxmayıb.

Marşrut üzrə işləyən digər qatarlar hərəkət cədvəlinə uyğun olaraq yola salınıb. Bilet alan sərnişinlərin hamısı növbəti qatarla yola salınıb.

Hazırda nasazlığın səbəbləri araşdırılır.

Xəbər lenti