Xəzər Xəbər

Komitə sədri: Orqan transplantasiyasına ehtiyacı olan insanların çoxu növbə gözləyərək həyatlarını itirirlər

Cəmiyyət | 15:35 • 18 Yanvar 2019
Komitə sədri: Orqan transplantasiyasına ehtiyacı olan insanların çoxu növbə gözləyərək həyatlarını itirirlər

"Reproduktiv sağlamlıq haqqında”, "İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında, "Optika və optikaçılıq haqqında qanun layihələrinin parlamentin yaz sessiyasının müzakirəsinə çıxarılması nəzərdə tutulur.


Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.


Ə.Əmiraslanov qeyd edib ki, "Reproduktiv sağlamlıq haqqında” qanunu ilə bağlı bəzi deputatların iradları olub: "Onların iradlarında obyektiv səbəblər də var idi. Amma subyektiv səbəblər də çox idi. Biz qanun layihəni yenidən işlədik. Qanun layihəsi elə bir səviyyəyə gətirilib çatdırılıb ki, o, artıq müzakirə oluna bilər. Indi bu qanunun əleyhinə olan bir qurum yoxdur”.


Komitə sədri əlavə edib ki, bu layihədə yalnız ekstrakorporal mayalanma söhbət getmir: "Bu məsələ həmin qanunun cüzi bir hissəsidir. Bu qanun layihəsi ümumilikdə qadınlarımızın sağlamlığına yönəlib.


Ə.Əmiraslanov hesab edir ki, "İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında qanun layihəsində ciddi dəyişikliklərə ehtiyac var: "Həmin qanunda meyitdən orqan və toxumanın götürülməsi həmin qanun layihəsində öz əksini tapmayıb. Bu da transplantasiyanın əsasını təşkil edir. Hesab ediirk ki, bununla bağlı yeni qanun olsa, daha yaxşı olar. Bununla bağlı işçi qrup yaradaq. Bu gün cəmiyyətin bu qanuna böyük ehtiyac var. Bu qanun orqan transplantasiyasına ehtiyacı olan insanların işlərini də rahatlaşdırar. Orqan transplantasiyasına ehtiyacı olan insanların çoxu növbə gözləyə-gözləyə həyatlarını itirirlər”.


Ə.Əmiraslanov qeyd edib ki, qaraciyər transplantasiyası mühüm işlər görülür: "Ürək transplantasiyası işinə hazırlaşırılır, amma nə qədər ki, meyitdən orqan götürülməsinin hüquqi əsasları həll olunmayacaq, bu məsələlər ilişmiş nəqtədən tərpənməyəcək”. (Trend)

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti