Xəzər Xəbər

Yeni qaydalar bütün məzarlıqlarda və dəfn mərasimlərində tətbiq olunacaq

Cəmiyyət | 13:39 • 11 Yanvar 2019
Yeni qaydalar bütün məzarlıqlarda və dəfn mərasimlərində tətbiq olunacaq

Yeni salınan qəbiristanlıqlarda, o cümlədən bundan sonra dəfn mərasimlərində yeni qaydalar mütləq tətbiq olunacaq.


Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.


Onun sözlərinə görə, Nazirlər Kabineti "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"na dəyişikliklər edib: "Bu dəyişikliklər yeni salınan qəbiristanlıqlara şamil olunacaq, qərarın geriyə tətbiqi yoxdur".


Xatırladaq ki, ötən ilin dekabrında təsdiqlənən "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"nda qəbiristanlıqların salınması və idarə olunması qaydaları da təsdiq edilib.


Qərara əsasən, bundan sonra qəbiristanlıqlar yerli bələdiyyələr tərəfindən idarə ediləcək. Yerli icra hakimiyyəti orqanlarına qəbiristanlıqların bələdiyyələrə təhvil verilməsi üçün 3 ay vaxt verilib.


Bu qaydalar tələbləri (5.5-ci və 5.6-cı bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla) Fəxri xiyabanlarında, Şəhidlər xiyabanlarında və kütləvi (qardaşlıq) məzarlıqlarında aparılan dəfnlərə, habelə Vətən uğrunda şəhid olan hərbçilərin dəfn mərasimlərinə şamil edilmir. (Trend)

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti