Xəzər Xəbər

Bu günün havasından xəbəriniz olsun!

Cəmiyyət | 09:13 • 11 Yanvar 2019
Bu günün havasından xəbəriniz olsun!
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 1-4, gündüz 7-10, Bakıda gecə 1-3, gündüz 8-10 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 11-16 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, yanvarın 11-i gündüzdən 12-si gündüzədək Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Xəbər lenti