Xəzər Xəbər

Yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələnib

Cəmiyyət | 16:19 • 10 Yanvar 2019
Yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələnib

Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində polis orqanları tərəfindən tədbirlər mütəmadi qaydada davam etdirilir.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, yanvarın 9-da nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları paytaxtın Nizami rayonu ərazisində növbəti reydlər keçiriblər. Reydlər nəticəsində Q.Qarayev prospektində, R.Rüstəmov və M.Abbasov küçələrində yerləşən mağaza və köşklərdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkarlanıb.


Polis əməkdaşları tərəfindən həmin mağazaların 5 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub. Satıcıların hər biri 100 manat məbləğində cərimələniblər.


Bu istiqamətdə reydlər davam etdirilir.

Xəbər lenti