Xəzər Xəbər

Azərbaycanda 70-ə yaxın nar sortu bərpa ediləcək

Cəmiyyət | 09:41 • 9 Yanvar 2019
Azərbaycanda 70-ə yaxın nar sortu bərpa ediləcək

Azərbaycanda əvvəllər yetişdirilən nar sortları yenidən bərpa olunacaq.

Bu barədə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, keçmişdə Azərbaycanda 70-yə yaxın nar sortu olub:

"Lakin illər ötdükcə bu genom azalmağa başlayıb, nar bağları məhv edilərək əvəzində xurma ağacları əkilib və yaxud baxımsızlıq ucbatından quruyub”.

Sədr bildirib ki, hazırda Azərbaycanda 20-yə yaxın nar sortu var:

"Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə genomun yenidən bərpası üzərində işləyirik. Bu məsələ ilə bağlı təkliflər planı da hazırlanır. Nazirlik həmin sortların geri qaytarılması məsələsinə çox ciddi yanaşır”.

Qeyd edək ki, 2017-ci ildə ölkədə 165 min ton nar istehsal olunub, ixracdan əldə edilən gəlir isə 10 milyon dollar təşkil edib. Məhsul əsasən MDB və Avropa ölkələrinə, eləcə də az miqdarda ABŞ və Avstraliyaya ixrac edilib. Bu il isə nar istehsalının 190-200 min tona çatacağı gözlənilir.(trend.az)

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti