Xəzər Xəbər

Xəzərin bəzi ərazilərində duzluluq azalıb

Cəmiyyət | 13:54 • 8 Yanvar 2019
Xəzərin bəzi ərazilərində duzluluq azalıb

Xəzərin Nabran, Neft Daşları və Lənkəran dəniz akvatoriyalarının səth sularında duzluluğun paylanmasında azalma müşahidə edilib.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

Onun sözlərinə görə, bu, Xəzər dənizi ekosisteminin kompleks tədqiqi məqsədilə "Azersky" və digər peyklərin məlumatları əsasında qlobal iqlim dəyişikliklərinin Xəzər dənizinin hidrofiziki sahələrinə və sahillərin dinamikasına təsiri ilə bağlı bir neçə il ərzində aparılan tədqiqatlar zamanı məlum olub.

Xəzərin Lənkəran, Neft Daşları və Nabran dəniz akvatoriyalarında çoxillik (1961-2017-ci illər) müşahidə məlumatlarının təhlili göstərir ki, bu akvatoriyaların çoxillik havasının və səth suyunun temperaturlarında artım, səth sularında duzluluğun paylanmasında isə azalma baş verib.

Lənkəran dəniz akvatoriyasında küləyin orta illik sürətində artım, Neft Daşları dəniz akvatoriyasında küləyin orta illik sürətində 1961-ci ildən 1999-cu ilədək artım, 2000-ci ildən 2010-cu ilə kimi azalma və yenidən 2011-ci ildən 2017-ci ilədək artımın, Nabran dəniz akvatoriyasında isə küləyin orta illik sürətində azalmanın baş verdiyi aşkar edilib.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti