Xəzər Xəbər

Dənizdə batmaq təhlükəsi ilə üzləşən iki balıqçı xilas edilib - FOTO

Cəmiyyət | 14:08 • 7 Dekabr 2018
Dənizdə batmaq təhlükəsi ilə üzləşən iki balıqçı xilas edilib -

Xəzər dənizində, Heydər Əliyev adına Bakı dərin özüllər zavodu istiqamətində texniki nasazlıq səbəbindən batma təhlükəsi ilə üzləşən "SA-16129” nömrəli, "Yamaha-75” mühərrikli üzmə vasitəsinin iki nəfərdən ibarət heyəti kömək üçün Dövlət Sərhəd Xidməti (DSX) Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinə müraciət edib.


DSX-nin mətbuat mərkəzindən xezerxeber.az-a bildiriblər ki, sahil nəzarəti bölməsi xidmətdə olan sərhəd gözətçi gəmisinə təhlükə ilə üzləşən üzmə vasitəsinin koordinatlarını ötürüb.


Texniki nasazlıq səbəbindən Makarov bankasının qərb istiqamətində sahildən 13 mil məsafədə dənizdə qalmış balıqçı qayığı sərhəd gözətçi gəmisinin dalğalı hava şəraitində həyata keçirdiyi axtarış-xilasetmə tədbirləri nəticəsində aşkarlanıb. Gəmi tərəfindən üzmə vasitəsi yedəyə alınıb. Qayıqdakı iki nəfər xilas edilərək sərhəd gözətçi gəmisinin göyərtəsinə götürülüb.


DSX-nin hərbi qulluqçuları tərəfindən xilas edilmiş şəxslər Bakı şəhər sakinləri Ququşev Nikolay Anatolyeviç və İbrahimov Ağasəf Sahib oğludur.

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti