Xəzər Xəbər

Həyəcan siqnalı: Burnumuzun dibində ekoloji fəlakət baş verir

Cəmiyyət | 17:44 • 7 Noyabr 2018
Həyəcan siqnalı:

Şəhərə plastik butılkaların və digər tullantıların zəhərli tüstüsü yayılır

Bakının Yasamal rayonunda Qanlıgölün ətrafı qanunsuz zibilliyə çevrilib.Sputnik Azərbaycan-ın məlumatına görə, həmin mənzərə son bir neçə ildir müşahidə edilməkdədir.

Qeyd edək ki, sözügedən göl Bakının Yasamal rayonunda, Yasamal qəbiristanlığının yanındakı dairəvi yolun yaxınlığında yerləşir. Bu yerə nadir hallarda insan ayağı dəyir və ora gözdən uzaqdadır. Eyni zamanda, gölün həmin hissəsi hündür hasarla əhatələnib.

Bununla belə, şəhərin azca hündür yerindən boylandıqda, həmin ekoloji fəlakətin fərqinə varmaq mümkündür. Buradakı zibillərin bir hissəsindən xilas olmaq üçün kimlərsə zaman-zaman tullantıları yandırırlar. Nəticədə küləyin istiqamətindən asılı olaraq şəhərə plastik butılkaların və digər tullantıların zəhərli tüstüsü yayılır.

Qeyd edək ki, bu, Qanlıgöl gölünün ətrafının çirkləndirilməsi ilə bağlı ilk hal deyil. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları vaxtaşırı bu ərazidə reyd keçirirlər. Əvvəllər dəfələrlə yük avtomobillərinin ağır inşaat tullantılarını birbaşa gölün sahilinə tökdüyü müəyyən edilib. Bunun nəticəsi olaraq, hətta bir neçə adam cərimələnib. Onlara ərazinin zibildən təmizlənməsi ilə bağlı təlimat verilib.

Lakin baş verənlər göstərir ki, hətta cərimələr belə, sözügedən ərazidə zibillərin günü-gündən üst-üstə qalaqlanmasının qarşısını almağa kömək etmir. Nəzərə çarpan digər məqam isə, bütün bunların praktiki olaraq müvafiq Nazirliyin burnunun dibində baş verməsidir.

Əlavə edək ki, həmin zibillik peyk vasitəsilə aparılan çəkilişlər nəticəsində əldə edilən görüntülərdə də çox aydın görünür.

Hələ gölün kim tərəfindən zibilxanaya döndərildiyi sirr olaraq qalır. Axı Bakıdakı məişət tullantıları adətən "Təmiz şəhər" ASC-nin Balaxanıdakı zavodunda utilizə olunur.

Məsələ ilə əlaqədar ETSN-dən Sputnik Azərbaycan-a bildirilib ki, gölün yanındakı zibilin yandırılması ilə əlaqədar edilən şikayətlər araşdırılır və əraziyə mütəxəssis qrupu göndərilib: "Hazırda həmin ərazidə araşdırma aparılır və tədqiqatın nəticələri ilə bağlı müvafiq məlumatlar veriləcək".

Rubrikanın digər xəbərləri

Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024

Xəbər lenti