Xəzər Xəbər

Hansı qidaları günün hansı saatlarında yemək faydalıdır? Vacib TÖVSİYƏ

Cəmiyyət | 15:32 • 7 Noyabr 2018
Hansı qidaları günün hansı saatlarında yemək faydalıdır?

Günə balanslı qidalanma ilə başlamaq orqanizmin enerjisini və məhsuldarlığnı artırır. Xüsusilə, doğru qidaların doğru zamanda istifadəsi həm xəstəliklərdən qoruyur, həm də artıq çəkinin qarşısını alır. Bəs, hansı qidanı hansı vaxtlarda yeməliyik?

Bu yazıda oxucuları hansı qidaların səhər, günorta və ya axşam saatlarında faydalı olduğu ilə tanış edirik.

Alma

Almamı niyə səhər menyusuna daxil etməliyik? Çünki almanın tərkibinə xolesterin və qanda şəkərin səviyyəsini aşağı salan pektin daxildir.

Niyə axşam yeməyində yeməyək? İçərisində olan pektini gecələr həzm etmək çətin olduğundan mədə turşusunu artırır.

Pomidor

Pomidoru niyə səhər yeməyində yeməliyik? Çünki həzmi yaxşılaşdırır və metobolizmanı gücləndirir.

Niyə axşam yeməyində yeməyək? Pomidorun tərkibində olan pektin və oksalik turşusu axşam yeməyi mədə şişməsinə səbəb ola bilər.

Meyvə quruları

Nə üçün günorta yeməyində yeməliyik? Təzyiq riskini azaldır və ürək sağlamlığını qoruyur.

Niyə axşam yeməyək? Quru meyvələrin yağ nisbəti yüksəkdir və kalorilidir. Axşamlar yeyildikdə köklüyə gətirib çıxarır.

Portağal

Niyə nahar və şam yeməyindən sonra yemək olar? Həzmi yaxşılaşdırır və metobolizmanı sürətləndirir.

Niyə səhər yeməyində yemək olmaz? Portağal boş mədəni qıcıqlandıra və qastiritə səbəb ola bilər.

Banan

Nə üçün günorta yeməyində yeməliyik? Günorta vaxtı banan immunitet sistemini gücləndirir və dərini yaxşılaşdırır.

Niyə axşam yeməyində yeməyək? Selikli qişa əmələ gəlməsinə yol aça bilər. Mədə pozğunluğuna səbəb ola və həzmi çətinləşdirə bilər.

Qatıq

Niyə axşam yeməyində qatıq yeməliyik? Axşam yeməyini daha sürətlə həzm etməyə yardım edir. Toxluq hissi verdiyi üçün şirniyyat istəyini öldürür.

Səhər yeməyində niyə qatıq yemək olmaz? Boş mədənin turşuluğunu daha da artırır və mədəyə zərər vermək potensialına malikdir.

Ət

Nə üçün günorta yeməyində yeməliyik? Xəstəliklərə qarşı müqavimətini artırır.

Niyə axşam yeməyində yemək olmaz? Ətin həzm olunma prosesi 4-6 saat çəkir. Həzm sisteminə zərər verə bilər./publika.az

Xəbər lenti