Xəzər Xəbər

Yeni doğulan körpələrə verilən birdəfəlik müavinətlərin artırılması təklif olunur

Cəmiyyət | 12:31 • 7 Noyabr 2018
Yeni doğulan körpələrə verilən birdəfəlik müavinətlərin artırılması təklif olunur

Azərbaycanda yeni doğulan körpələrə verilən birdəfəlik müavinətlər artırılmalıdır.


Bunu Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə həsr edilmiş birgə iclasında deyib.


O qeyd edib ki, birdəfəlik müavinətlərin artırılması demoqrafik vəziyyətə, əhali artımına müsbət təsir göstərə bilər.


F.Ağamalı, həmçinin Milli Məclisin ezamiyyə xərclərinin az olduğunu bildirib.

Xəbər lenti