Xəzər Xəbər

Ekspertdən XƏBƏRDARLIQ: Parklanmaya görə...

Cəmiyyət | 15:38 • 6 Noyabr 2018
Ekspertdən XƏBƏRDARLIQ:

Hazırda Bakıda parklanma yerlərinin təşkili və idarə edilməsi səlahiyyəti Bakı Nəqliyyat Agentliyinə məxsusdur. Küçələrdə park nəzarətçisi kimi gördüyünüz adamların kimliyi, hansı qurumu təmsil etdiyi aydın deyil, çünki parklanma yerləri bu Agentliyə təhvil verilməyib.

Bu sözləri bu sözləri nəqliyyat üzrə ekspert Ərşad Hüseynov küçələrdə parklanma yerlərində sürücülərdən ödəniş tələb edilməsinə münasibət bildirərkən deyib.

Bu problem barədə son vaxtlar tez-tez müraciətlərin olduğunu bildirən ekspertin sözlərinə görə, özünü "nəzarətçi” kimi təqdim edən həmin şəxslər parklanma yerlərindən 10-15 dəqiqə istifadə üçün ödəniş etməyənləri 40 manat cərimə ilə hədələyirlər.

Ə.Hüseynov bildirib ki, hətta həmin "nəzarətçi"lər sürücüləri polislə hədələyir.

"Lakin hazırda parklanma yerlərinin aydın hüquqi statusu yoxdur. Onların siyahısı, təşkili barədə səlahiyyətli qurumun qərarı, tutumu - park yerlərinin sayı bəlli deyil. Parklanmaya görə ödənişin məbləği də müəyyən edilməyib. Sürücülərdən tələb olunan və alınan pullar hamısı qanunsuzdur, hara, kimin cibinə getdiyi aydın deyil.
Ödəniş etməməyə görə cərimə tələbi isə digər tərkib əlamətləri də olduqda, cinayət sayıla bilər. Belə hallarla rastlaşanda dərhal polisin təhqiqat və istintaq bölmələrinə müraciət edin, Dövlət Yol Polisinə yox.
Ayrıca qeyd etmək istəyirəm ki, bu xaosa son qoyulması da çox gecikir. Parklanma yerlərinin Bakı Nəqliyyat Agentliyinə təhvil verilməsi müddəti bir neçə ay əvvəl bitsə də, bu, hələ ki, baş verməyib. Təcili olaraq bu iş yekunlaşdırılmalı, qanunvericiliyə uyğun ödəniş qiymətləri və şərtləri də rəsmən təsdiqlənməklə normal parklanma təsərrüfatı yaradılmlıdır”./publika.az

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti