Xəzər Xəbər

Alimlərdən şok araşdırma: Pivə şəkər və xərçəng riskini azaldır

Cəmiyyət | 18:20 • 12 Oktyabr 2018
Alimlərdən şok araşdırma:

Professor Nauls Xellerbrandın rəhbərlik etdiyi Erlanqen-Nyurberq Universitetindən olan alimlər qrupu pivənin tərkibində sağlamlığa müsbət təsir edən iki maddə aşkar ediblər.

XəzərXəbər Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı məlumat alman universitetinin tibb fakültəsinin rəsmi saytında yerləşdirilib.

Qeyd edilib ki, bu maddələr ksantoqimol və izo-alfa-acı turşularıdır.

Alimlər müəyyən ediblər ki, ksantoqimol qaraciyərin piylənməsindən qorunmağa yardım edir, çəkinin artmasına əngəl törədir və xərçəng hüceyrələrini məhv edir.

Bildirilib ki, izo-alfa-acı turşular qaraciyərin inkişafını yaxşılaşdırır və qlükoza mübadiləsinə müsbət təsir göstərir.

Alimlərin fikrincə, araşdırmanın növbəti mərhələsində bu maddələrin piylənmə, şəkər və xərçənglə mübarizədəki təsiri öyrəniləcək.

Xəbər lenti