Xəzər Xəbər

Toxum almaq istəyən fermerlərin nəzərinə

Cəmiyyət | 15:23 • 12 Oktyabr 2018
Toxum almaq istəyən fermerlərin nəzərinə
Dövlət Toxum Fondu tərəfindən Rusiyanın Stavropol vilayətindən gətirilmiş quraqlığa və kəskin iqlim şəraitinə dözümlü 180 ton elit "Qrom” və "Krasnodar 99” buğda toxumlarının satışı həyata keçirilib. Alıcılar ödənişi həyata keçirdikdən sonra yüksək məhsuldarlıqlı toxumları Şəki şəhərində yerləşən anbardan təhvil alıblar.


Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən XəzərXəbər-ə bildiriblər ki, toxumçuların və fermerlərin yüksək reproduksiyalı toxumlara olan tələbatlarını nəzərə alaraq toxumçuluq üçün nəzərdə tutulan elit toxumların gətirilməsi davam etdiriləcək. Bu məqsədlə artıq Stavropol vilayətində toxumçuluqla məşğul olan şirkət ilə 140 ton "Qrom” elit toxumunun gətirilməsi üçün müqavilə bağlanılıb. Müqavilənin şərtlərinə əsasən, qeyd olunan toxum oktyabrın 15-17-də ölkəyə daxil olacaq. Artıq toxum satışı ilə əlaqədar sifarişlər qəbul edilir.

Eyni zamanda Dövlət Toxum Fondu tərəfindən erkən əkilən, yüksək məhsuldarlıqlı və birinci reproduksiyalı kartof toxumlarının gətirilməsi planlaşdırılır. Toxumların sifarişi qəbul olunur və əldə etmək istəyən fermerlərKənd Təsərrüfatı Nazirliyinin "1652” Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti