Xəzər Xəbər

Bütün bu müddətdə bizi aldadıblar: Bakıda yağdəyişmə

Cəmiyyət | 12:19 • 12 Oktyabr 2018
Bütün bu müddətdə bizi aldadıblar:

Müxtəlif markalı avtomobillərin mühərriklərində yağların dəyişdirilməsi bir-birindən fərqlənmir və eyni sxemə gəlib çıxır.

Oxu.Az xəbər verir ki, müasir mühərriklərdə yağın dəyişdirilməsi 10-15 min kilometrdən bir məsləhət görülür.

Bəs nəyə görə Bakıdakı mühərrik ustalarının əksəriyyəti yağın dəyişdirilməsi üçün 5-7 min kilometr interval qoyur?

Bu zaman nəzərə alın ki, yağın normal şəraitdə istismar müddəti istehsalçı tərəfindən müəyyən olunur.

İstismar pis olduqda mühərrik yağının tez bir zamanda dəyişdirilməsini də düşünmək lazımdır.

Ağır şərtlər dedikdə, nə nəzərdə tutulur?

Oxu.Az-ın müxbiri ilə söhbətində avtomobil ustası Əli Canqirov deyib ki, bu, əsasən,iqlim şəraitindən asılıdır: şaxtalar, temperaturun tez-tez dəyişməsi, yağmurlu iqlim, havanın çox tozlu olması.

"Mühərrikin tez-tez yüklənməsi (misal üçün, dağlıq ərazidə və ya ağır yükün daşınması zamanı) onun iş qabiliyyətinin qorunub-saxlanmasına təsir edir. Bu zaman yağın istifadə müddətində kəskin fərq yarana bilər”.

Bəs bizdə interval niyə bu qədər azaldılıb?

Müxbirimiz bunun iqlim dəyişikliyindən və bilgisizlikdən asılı olmadığını öyrənə bilib.

İş burasındadır ki, istifadə məsafəsini azaldan ustalar bununla daha çox iş və pul qazanır.

"Belə deyək, "Mersedes” avtomobilinin sürücüsü gəlir, yağ və filtri dəyişdirir. Sürücü 50-70 manat pul xərcləyir. Növbəti dəyişirilmə üçün interval 6 min kilometr göstərilir.

Fərq burasındadır ki, əgər 12 min kilometr göstərsək, aylıq 20-dən çox avtomobil itirəcəyik”, - Bakıdakı elit avtomobil servislərindən birində çalışan usta deyib.

Əlbəttə, bu, sürücünün cibinə uyğundur. Axı, siz ortalama mühərrik yağını bir ildə dörddəfə dəyişirsiniz. Bununla ikidəfəqənaət edə bilərsiniz.

Yağın keyfiyyətini gözlə necə yoxlayaq?

Mühərrik yağının keyfiyyətini yoxlamaq üçün xüsusi test mövcuddur.

Mühərriki 5-10 dəqiqə qızdırın, daha sonra onu söndürün. Kapotu qaldırın, şupu çıxarın və kağızın üzərinə yağı tökün. Daha sonra kağızı yerə qoyun və yağ quruyanadək ikisaat gözləyin.

Nəticə belə olacaq:

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti