Xəzər Xəbər

Qanunsuz ağac kəsintisi azalıb

Cəmiyyət | 15:29 • 11 Oktyabr 2018
Qanunsuz ağac kəsintisi azalıb

Son 3 ay ərzində qanunsuz ağac kəsintisi nəzərəçarpacaq dərəcədə azalıb.


Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında nazir müavini Firdovsi Əliyev deyib.


Nazir müavini bildirib ki, bu ilin son 6 ayı ərzində Bakı şəhəri ərazisində 61 ağacın icazəsiz kəsildiyi, 98 ağacın isə zədələndiyi aşkar edilib.


F.Əliyevin sözlərinə görə, bununla bağlı 59 təqsirkar şəxsə 71800 manat məbləğində cərimə, 23745 manat məbləğində ziyan tətbiq olunub. 40 fakt üzrə təqsirkarların tapılması və qanunamüvafiq tədbir görülməsi üçün polis orqanlarına müraciət edilib:


"Müqayisə üçün bildirək ki, son 3 ay ərzində isə 12 ağacın kəsildiyi, 14 ağacın zədələndiyi müəyyən edilib. Rəqəmlər də bunu deməyə əsas verir ki, son 3 ayda ağac kəsintisi nəzərəçarpacaq dərəcədə azalıb".


F.Əliyev deyib ki, aparılan təhlillər göstərir ki, nazirliyin "qaynar xətt”inə ağacların kəsilməsi ilə bağlı daxil olan şikayətlərin sayında da əhəmiyyətli dərəcədə azalma var:


"May ayında ağac kəsintisi üzrə 30 şikayət daxil olduğu halda, sentyabr ayında bu rəqəm azalaraq 15 olub.


Vətəndaşlar tərəfindən kəsilmə təhlükəsi olan ağaclar barədə verilən məlumatlar əsasında isə 30-a yaxın ağacın kəsilməsinin qarşısı alınıb. Yaşıllıqların mühafizəsində göstərdikləri vətəndaşlıq mövqeyinə, nazirliyin fəaliyyətinə dəstək verdiklərinə görə bu şəxslərə nazirlik tərəfindən təşəkkür bildirilib.


Görülən tədbirlərə, aparılan maarifləndirmə işlərinə baxmayaraq, hələ də ağac kəsintisi tamamilə aradan qalxmayıb. Ölkə başçısının da Nazirlər kabinetinin iclasında qeyd etdiyi kimi, ağacların kəsilməsi halları xeyli azalıb, amma tam aradan qaldırılmayıb".


Nazir müavininin sözlərinə görə, təmsil etdiyi qurum tərəfindən bundan sonra da ağac kəsənlərə qarşı sərt tədbirlər görüləcək, ölkə başçısının verdiyi tapşırıqlara uyğun olaraq ağac kəsintisi hallarının tam aradan qaldırılması üçün qəti addımlar atılacaq.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
539 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti