Xəzər Xəbər

Rezidenturaya qəbul olmuş şəxslərin nəzərinə!

Cəmiyyət | 09:28 • 10 Oktyabr 2018
Rezidenturaya qəbul olmuş şəxslərin nəzərinə!

2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul olmuş və Səhiyyə Nazirliyində qeydiyyatdan keçmiş şəxslərin klinik bazalarda rezidentura səviyyəsində hazırlığına 10 oktyabr 2018-ci il tarixindən başlanılır.


Səhiyyə Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, rezidenturaya qəbul olmuş və qeydiyyatdan keçmiş şəxslər aşağıdakı sənədləri təqdim etməklə qəbul olduqları klinik bazalara müraciət etməlidirlər:


• Şəxsiyyət vəsiqəsinin əsli və surəti


• Ali baza tibb təhsili haqqında diplomun əsli və surəti


• Tərcümeyi-hal


• Sağlamlıq haqqında arayış


• Hərbi bilet (mövcud olduğu halda)


• Əmək kitabçası (mövcud olduğu halda)


• Dövlət sığorta şəhadətnaməsi (mövcud olduğu halda)


• Soyad dəyişdirildiyi halda soyadın dəyişdirilməsi haqqında müvafiq sənəd


• Fotoşəkil 3 x 4 ölçüdə, 1 ədəd

Xəbər lenti