İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, sentyabrın 15-də hava
şəraitinin yağmursuz keçəcəyi gözlənilsə də, sentyabrın 16-da gecə və
axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Havanın maksimal temperaturu dağətəyi rayonlarda 27-32, dağlıq
rayonlarda 19-24 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsində gündüz saatlarında hava
şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə
şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Havanın maksimal
temperaturu 28-33, dağlıq rayonlarda 20-25 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-da əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 31-36 dərəcə isti təşkil edəcək.
Paytaxtda isə hava
şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi sentyabrın 16-da
mülayim şimal küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu
27-32 dərəcə isti təşkil edəcək.