Xəzər Xəbər

Qəhvənin daha bir faydası məlum oldu

Cəmiyyət | 16:38 • 13 Sentyabr 2018
Qəhvənin daha bir faydası məlum oldu

Portuqaliyalı alimlər belə nəticəyə gəliblər ki, qəhvə böyrək çatışmazlığından əziyyət çəkən insanlarda vaxtsız ölüm riskini azaldır.

Oxu.Az xəbər verir ki, mütəxəssislərin bu haqda məqaləsi "Nephrology Dialysis Transplantation” jurnalında çap olunub.

1999-2011-ci illərdə aparılan araşdırmada böyrək çatışmazlığından əziyyət çəkən 4863 nəfər iştirak edib. Altmış ay ərzində 1283 nəfər vəfat edib.

Ən yüksək kofein dozaları alan şəxslərdə digərlərlə müqayisədə vaxtsız ölüm riskinin 22 faiz azaldığı müşahidə olunub.

Bu ilin iyul ayında isə amerikalı alimlər araşdırıblar ki, gün ərzində 6 fincan qəhvə vaxtsız ölüm riskini azalda bilər.

Xəbər lenti