Xəzər Xəbər

Dövlət qulluqçusu olmaq istəyənlər bu gün sınaq imtahanı verirlər

Cəmiyyət | 10:34 • 11 Avqust 2018
Dövlət qulluqçusu olmaq istəyənlər bu gün sınaq imtahanı verirlər

Avqustun 11-də Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı keçirilir.


DİM-dən xezerxeber.az-a bildirilib ki, AA, AB, AC, BA, BB qrupları üzrə sınaq imtahanı saat 10-da başlayıb.


Namizədlər imtahanı DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verirlər.


Qeyd edək ki, imtahanda iştirak üçün qeydiyyata iyulun 23-də başlanılıb. İndiyədək AA vəzifə qrupu üzrə 1, BA qrupu üzrə 9, BB qrupu üzrə 18 nəfər olmaqla, cəmi 28 nəfər qeydiyyatdan keçib.

Xəbər lenti