Xəzər Xəbər

Azərbaycan İlahiyyat İnstitutunun loqo müsabiqəsinin qalibi müəyyənləşib - FOTO

Cəmiyyət | 16:03 • 10 Avqust 2018
Azərbaycan İlahiyyat İnstitutunun loqo müsabiqəsinin qalibi müəyyənləşib -

Azərbaycan İlahiyyat İnstitutunun öz korporativ loqosunun təşkili üçün iyulun 26-da elan etdiyi müsabiqənin qalibi müəyyənləşib.


İnstitutdan xezerxeber.az-a bildiriblər ki, müsabiqəyə ölkəmizin müxtəlif bölgələrindən fərdi və müştərək qaydada 36 müəllif ümumilikdə 106 loqo nümunəsi təqdim edib. Elan olunan parametrlər üzrə qiymətləndirilmədən sonra Könül Məmmədzadənin təqdim etdiyi loqo nümunəsi müsabiqənin qalibi seçilib.


Komissiya üzvlərinin yekdil rəyinə görə, K.Məmmədzadənin təqdim etdiyi nümunə Azərbaycan İlahiyyat İnstitutunun məqsəd və məramını daha yaxşı əks etdirib. Belə ki, multikulturalizmi və tolerantlığı əks etdirən loqonun tam mərkəzindəki əlləri səmaya yönələn "insan” simvolu Tanrı ilə ünsiyyəti, "kitab” - elmin əsas qaynağını, "zeytun budağı” isə sülhü və mənəviyyatı ifadə edir.


Beləliklə, loqo müsabiqəsində fərdi qaydada iştirak edərək qalib seçilən Könül Məmmədzadə Azərbaycan İlahiyyat İnstitutu tərəfindən mükafatlandırılıb.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
510 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti