Xəzər Xəbər

Həkimlər: həddən artıq çox yatmaq orqanizm üçün ölümcül təhlükə doğura bilər

Cəmiyyət | 10:11 • 10 Avqust 2018
Həkimlər: həddən artıq çox yatmaq orqanizm üçün ölümcül təhlükə doğura bilər

Əgər insan 10 saat yatırsa, onun vaxtsız ölüm riski 7 saat yatan insanla müqayisədə 30 faiz artır. Bu məlumat "News-medical.net” portalında yerləşdirilib.


AZƏRTAC "MedDaily” saytına istinadla xəbər verir ki, alimlər yuxunun davamlılığı, keyfiyyəti, ürək-damar problemləri və ölüm halları məsələlərini 3 milyondan çox insanın üzərində tədqiq ediblər. Həmin insanlar bundan əvvəl digər tədqiqatlara da cəlb olunub.


Məlumdur ki, doyunca yatmamaq sağlamlıq üçün olduqca təhlükəlidir. Sən demə, həddən artıq çox yatmaq da ziyandır. Belə ki, 10 saatdan çox davam edən yuxu insult nəticəsində ölüm riskini 56 faiz, ürək-damar xəstəliyindən ölüm riskini 49 faiz artırır.


Yeri gəlmişkən, yaponiyalı alimlərin son tədqiqatına görə, qısa müddətli və həddən artıq uzun yuxu yaşı 60-dan yuxarı insanlarda demensiyanın yaranma və vaxtsız ölüm riskini artırır. Bu nəticə on il ərzində 1517 insan üzərində müşahidə əsasında əldə edilib. Müvafiq dövrdə 294 könüllüyə demensiya diaqnozu qoyulub, 282 nəfər isə ölüb. Məlum olub ki, sutkada 5 saatdan az və 10 saatdan çox yatan insanlarda demensiya və ölüm halları gün ərzində 5-9 saat yatanlarla müqayisədə daha yüksək olub.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
523 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti