Xəzər Xəbər

İdman edərkən necə qidalanmalıyıq? MÜTƏXƏSSİS RƏYİ

Cəmiyyət | 13:03 • 9 Avqust 2018
İdman edərkən necə qidalanmalıyıq?

İdman edənlərin qidalanması ilə bağlı müxtəlif fikirlər daim səsləndirilir. İstər marafon qaçışı, istər fitnes, istər bodibildinq və ya digər idman növləri olsun, bütün bunlardan maksimum nəticə qazanmaq üçün sağlam qidalanmaq lazımdır.

Beynəlxalq İdman Qidalanması Birliyi idman etməmişdən əvvəl və sinra olmaqla xüsusi qidalanma təklifləri hazırlayıb.

İdmandan əvvəl nələr yeyilməlidir?

İdman əsnasında əzələlərdə qlikogen anbarlarını dolu saxlamaq idman edərkən əzələ itkisinin qarşısını alır. Qlikogen anbarlarını möhkəm tutmaq üçün isə aşağıdakılara diqqət etmək lazımdır:

- İdmandan 3-4 saat əvvəl yaxşıca yemək lazımdır. Yeməyə ət qrupu (ət, toyuq, balıq, pendir, yumurta) + çörək qrupu (plov, makaron, çörək, kartof) + az yağlı salat daxil olmalıdır.

- İdmandan yarım saat ilə bir saat əvvəl isə z miqdarda qida qəbul etmək lazımdır. Bu təzə meyvə və qatıq ola bilər.

- İdmandan qabaq təxminən 500- 550 ml su içməlisiniz. Bu, maye itkisi nəticəsində yarana biləcək xəstəliklərin qarşısını ala bilər.

İdmandan sonra nələr yeyilməlidir?

İdman etdikdən sonra toxumaların bərpası və anbarların yenilənməsi üçün keyfiyyətli protein qəbul edilməlidir. Bunun üçün protein tozları əvəzinə ət, yumurta, süd və süd məhsullarındakı keyfiyyətli proteinlərdən faydalanın.

Məşqdən sonra kifayət qədər mürəkkəb karbohidrogen istehlakı əzələ qlikogeninin yenidən sintezini yaradır. Xüsusilə məşqdən sonra daha yaxşı bərpa prosesi üçün kompleks karbohidratla birlikdə kifayət qədər protein istehlak edin.

- Karbohidrat protein miqdarının 3:1 olması əzələləriniz üçün idealdır. Əsas yeməyinizin 1/3-i proteinli yemək - ət, toyuq, balıq və s. 1/3-i plov, makaron, çörək kimi karbonatlı qidalar, 1/3-i isə tərəvəz olsun. Ət, makaron, salat, qatıq şəklindəki qida ideal seçimdir.

- Məşqdən sonra 3 saat ərzində amin turşusu, keyfiyyətli protein ehtiva edən ət, süd, yumurta kimi qidalar əzələnin gücünü artırır.

- Daha çox güc sərf etdiyiniz məşqdən sonrası karbohidratla proteini birlikdə istehlak etsəniz, əzələ toxumanızı gücləndirər. Bədən yorğunluğunun aradan qalxmasına müsbət istiqamətdə təsir göstərər.

- Məşqdən sonra istirahət zamanı süd və meyvə istehlakı da çox yaxşıdır. Bunun sayəsində karbohidrat və proteini birlikdə qəbul etdiyiniz üçün əzələ toxumalarınızı qüvvətləndirmiş olacaqsınız.

- Məşqdən sonra maye qəbulu elektrolit tarazlığı üçün olduqca əhəmiyyətlidir. İtirdiyiniz bədən ağırlığına görə maye qəbul etməli, hər 20 dəqiqədə təxminən 200-300 ml su içməlisiniz./FaktXəbər

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti