Xəzər Xəbər

Ağacların dibinə tökülən maddənin tərkibi bilindi - Toplanmış materiallar polisə göndərilib

Cəmiyyət | 15:21 • 7 Avqust 2018
Ağacların dibinə tökülən maddənin tərkibi bilindi -

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 1987 ünvanında ağacların dibindən götürülmüş nümunələr üzərində apardıqları analizlərin nəticələri açıqlanıb.


Nazirliyin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, həmin ağacların dibində sulfat və nitrat ionunun miqdarının normadan dəfələrlə artıq olduğu müəyyənləşib. Faktla bağlı məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar Nərimanov Rayon Polis İdarəsinə göndərilib.


Xatırladaq ki, bir neçə gün əvvəl nazirliyin "Qaynar xətt”inə Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 1987 ünvanında ağacların zədələnməsi və dibinə mənşəyi məlum olmayan maddə tökülməsi ilə bağlı şikayət daxil olub. Ağacları zədələdiyinə görə yaşıllıq ərazinin sahibi Tofiq Balayev barəsində akt və protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən fiziki şəxs qismində 800 manat məbləğində cərimələnib. Həmin ərazidəki ağaclara aqrotexniki qulluq göstərilməsi və qorunub mühafizə olunması məqsədilə T.Balayevə icrası məcburi olan yazılı göstəriş verilib.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti