Xəzər Xəbər

Qanunsuz ovla bağlı ötən ay 23 min manata yaxın cərimə tətbiq olunub

Cəmiyyət | 14:27 • 7 Avqust 2018
Qanunsuz ovla bağlı ötən ay 23 min manata yaxın cərimə tətbiq olunub

2018-ci ilin iyul ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən xüsusi mühafizə olanan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında reydlər keçirilib.


Nazirlikdən xezerxeber.az-a verilən məlumata görə, reydlər zamanı 35 akt və protokol tərtib edilib, qanun pozucularından 4 ədəd ov tüfəngi götürülüb və onlara ümumilikdə 22 854 manat məbləğində inzibati qaydada cərimə və ziyan tətbiq olunub.


Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.

Xəbər lenti