Xəzər Xəbər

Yeməkdən sonra çay içmək ziyandır

Cəmiyyət | 11:26 • 11 İyul 2018
Yeməkdən sonra çay içmək ziyandır

Sağlamlıqla bağlı məlumatlar hər zaman insan üçün önəmlidir. Buna görə də tez-tez xəstəliklərlə bağlı məlumatlar yayılır.

XəzərXəbər axşam.az-a istinadən sağlamlıqla bağlı maraqlı xəbərlər təqdim edir:

Türk dietoloqlarının araşdırmaları nəticəsində məlum olub ki, yeməkdən sonra içilən çay bədəndə dəmir əskikliyinə gətirir. Yeməkdən sonra içilən çay dəmir mikroelementinin orqanizm tərəfindən mənimsənilməsini məhdudlaşdırır. Buna görə də çayı yeməkdən 1 saat sonra içsəniz daha yaxşı olar.
Başağrısı zamanı 5-10 qr. reyhanı 1 fincan qaynanmış suda dəmləyin. Suyunu süzüb, içərisinə ya şəkər tozu, ya da bal qatın. Yeməkdən sonra qəbul edin.

Baş hərlənməsi zamanı kökü ət maşınında çəkib, suyunu sıxın. Gün ərzində 3 dəfə yeməkdən əvvəl yarım stəkan için.

Xəbər lenti