Qoç- Günün ilk
yarısından formalaşan situasiya və hadisələrin axarı sizdən ayıq olmağı,
maksimal konsentrasiyanı tələb edir. Tənbəllik etməyin. Aktual
məsələlərin həllində maksimum qüvvə və inadla çalışın. Yalnız belə
olarsa, uğur qazanacaqsınız.
Günün kiinci yarısında anlaşma və ya sövdələşmənin qanun çərçivələrindən
kənara çıxmamasına can atın. Maliyyə resurslarınızla risk etməyin.
Məğlubiyyət, geriləmə ehtimalları var.
Axşam saatlarını yaxınlarınızla təmaslara ayırın.
Buğa- Bu və digər situasiyada fərqli davranış
modelini seçə bilərsiniz. Ətrafınızdakı insanlardan biri sizi
dəstəkləyəcək. Yaxın səfər, uzağa səyahət təklif olunursa - razılaşın.
Yaydır, bir qədər istirahətə ehtiyac duyulur.
Günün ikinci yarısında səslənən təkliflərdən biri gərəkli, hətta
maraqlıdır. Sevdiyiniz insanla münasibətlərdə uzaqgörən olun.
Sözlərinizə, hərəkətlərinizə qarşı tərəfin reaksiyasını əvvəlcədən
təxminləməyə can atın.
Axşam saatlarında sosiopatlıq etməyin.
Əkizlər- Prioritetlər arasında zəruri ehtiyacları
və əsas məsələləri ön plana çıxarın. Yaşam arealı, gəlirlər, qidalanma,
səhhət - bütün bunlar diqqət tələb edən nüanslardır. Pulunuzu məhz həmin
sferalara sərf edin.
Günün ikinci yarısında istirahət və əyləncəni unudun. Tanışlar, dostlar
və ya sabiq həmkarlardan biri vasitəsilə əlavə gəlir mənbəyi tapmaq
olar. Sayıq və aktiv olun.
Yaxınlarınızla ünsiyyətdə saxtakarlıq etməyin. Müvazinətdən çıxmayın, dava axtarmayın.
Xərçəng- Maddi baxımdan özünüzü rahat hiss
etməyəcəksiniz. Pulunuzun qədrini bilin. Ətrafınızdakı insanların
istəklərindən hali olun. Xidməti fəaliyyət müstəvisində əhəmiyyətli
irəliləyişə nail olmaq şansları yaranıb.
Günün ikinci yarısında yaşam arealını nizama salın. Alış-verişdə
impulsiv olmayın. Hər gördüyünüz, istədiyiniz əşyanı almağa dəyməz.
Sizi narahat edən məsələlərlə bağlı axşam saatlarında ailə üzvləri, dəyərləndirdiyiniz insanlarla danışmaq olar.
Şir- Rutin işlər sizi bezdirə bilər. Mümkündür.
Amma cari işləri yarımçıq qoyaraq yeni layihəyə start vermək ən azı
məntiqsizlikdir. İstək, illüziya və xəyallarınızın əsirinə çevrilərək
reallıqdan kənarlaşmayın.
Günün ikinci yarısında uzunmüddətli planlaşdırma ilə məşğul olmaq
zamanıdır. Maliyyə ehtiyatlarınızı dəqiq qiymətləndirin. Avantüristlik
etməyin. Bununla yanaşı, yalnız puluna və ya əlaqələrinə güvənən insanın
qarşısında geri çəkilərək vicdanınızı susdurmayın.
Günün mənzərəsini görün. Yaxınlarınızdan biri sizi təəssüfləndirə bilər.
Qız- İşlərin gedişatından şikayətlənmək üçün səbəb
yoxdur. Fəaliyyətinizin nəticələri sizi sevindirəcək. İşdə rəhbərliyin
göstərişlərini yerinə yetirin. Amma maaşınızdan və ümumiyyətlə,
durumunuzdan narazısınızsa, iş yerini dəyişmək barədə düşünmək gərəkdir.
Günün ikinci yarısında nüfuzunuza zərbə vura biləcək qərarlar verməyin.
Ailə üzvləri qarşısında mənəvi borcunuzu, məsuliyyətinizi unutmayın.
Səhlənkar insan təsiri bağışlamayın.
Tərəzi- Maliyyə problemlərinin həllinə səhər
saatlarından başlasanız, yaxşıdır. Həmkarlarla və tərəfdaşlarla
işbirliyi istənilən layihədə uğur şanslarını artıracaq. Pulları yalnız
ən önəmli işə sərf edin.
Günün ikinci yarısında kommunal ödənişlər, ərzaq və bu kimi vacib
məqsədlərə pul xərcləyəndə simiclik etməyin. Kredit və cərimələri
ödəyin.
Axşam saatlarında hisslərinizi etiraf edə bilərsiniz.
Əqrəb- Əməllərinizə və sözlərinizə xüsusi diqqət
yetirin. Mübahisələri aramlı arayışlar və təmkinli söhbətlə çözmək olar.
İzafi emosiyalar münaqişələrə yol açır. Başqalarının istəklərini
kor-koranə yerinə yetirməyin.
Günün ikinci yarısında müstəqil çalışın. Kimsədən asılı olmamağa can
atın. İşgüzar görüşlər və maliyyə məsələlərinin təftişi üçün əlverişli
zamandır. Şəxsi münasibətlərdə sevdiyiniz insanın şıltaqlıqları sizi
qıcıqlandırmasın.
Axşam saatlarında gəzintiyə çıxın.
Oxatan- Baş verənləri soyuqqanlı, məntiqli şəkildə
dəyərləndirin. Qüvvə və potensialınızı olduğundan artıq saymayın.
Kənardan yardımlara da güvənməyin. Özünütənqidi unutmasanız, fəaliyyət
prosesində düşünülməmiş addımların atılması ehtimalı azalacaq.
Günün ikinci yarısında səhhətinizin qayğısına qalın. Dostlardan və ya
tanışlardan birindən yaxşı xəbər alacaqsınız. Axşam saatlarında
gəzintiyə yollana bilərsiniz.
Oğlaq- Dəyər verdiyiniz insanlardan biri sizə
yardım etməyə çalışacaq. Onun məsləhətlərinə qulaq asın. Ətrafınızdakı
insanların maraq və mənafelərini nəzərə alın. Çətin situasiyada başınızı
itirməyin.
Günün ikinci yarısında maliyyə, daşınmaz əmlak və öhdəliklərlə bağlı
məsələlərdə tələsik qərar verməyin. Bəzi planların təftişə ehtiyacı var.
Axşam saatlarını ailə üzvlərinizə həsr edin.
Dolça- İdarəetmə və təsərrüfatla bağlı məsələlərin
həllində astagəllik etməyin. Yaxınlarınızın dediklərinə diqqətlə qulaq
asın. Onları dinləməyi bacarın. Qayğıkeş və səmimi olsanız, daha ciddi
irəliləyişə nail ola bilərsiniz.
Günün ikinci yarısında apatiyaya qapılmayın. Hadisələrin laqeyd
müşahidəçisi olmayın. Nəzərdə tutduğunuz işləri müvəffəqiyyətlə başa
vurmaq üçün maksimum səy göstərməlisiniz. Sizə maraq artacaq. Fəqət
bələd olmadığınız insanın təriflərinə inanmayın.
Balıqlar- Adi günlərdən fərqli olaraq indi yaxın
ətrafınızdakı insanlarla daha sıx təmaslar zəruridir. İşdə rəhbərliklə
təkbətək danışıqlar aparmaq olan. Cari problemlərin və həllini tələb
edən məsələlərin müzakirələrindən çəkinməyin.
Günün ikinci yarısında şərik və ya tərəfdaşla fəaliyyətdə qarşılıqlı
inam xüsusi əhəmiyyət kəsb edəcək. Alış-verişə yollananda bədxərclik
etməyin. Mənasız xərclər maddi durumunuza zərbə vura bilər.
Milli.Az