Xəzər Xəbər

Gələn ay Azərbaycanda iki gün iş olmayacaq

Cəmiyyət | 12:21 • 9 İyul 2018
Gələn ay Azərbaycanda iki gün iş olmayacaq

Avqust ayında Azərbaycanda Qurban bayramı ilə əlaqədar iki gün iş olmayacaq.

XəzərXəbər bildirir ki, Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə və Nazirlər Kabinetinin "2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2017-ci il 6 dekabr tarixli 40 nömrəli qərarına əsasən avqustun 22-si və 23-də qeyri-iş günüdür.

Bayram həftənin çərşənbə və cümə axşamı günlərinə təsadüf edir.

Xəbər lenti