Xəzər Xəbər

Bayram günlərinə olan hava proqnozu açıqlandı

Cəmiyyət | 12:02 • 14 İyun 2018
Bayram günlərinə olan hava proqnozu açıqlandı

Bayram günlərində Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlamasında bildirib ki, iyun ayının 15-də və 16-ı gündüz saatlarında ölkədə hava şəraiti sabit keçəcək: "Növbəti iki gündə hava əsasən yağmursuz olacaq. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 25-30, Mərkəzi Aran rayonlarında 30-35, dağlıq ərazilərdə 17-22 dərəcə təşkil edəcək".

Onun sözlərinə görə, lakin 16-sı axşam isə bəzi şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir.

Qeyd edək ki, iyun ayının 15-də Azərbaycanda Milli Qurtuluş Günü, ayın 15 və 16-da isə Ramazan bayramı qeyd olunur.

Xəbər lenti