İyun ayının 16-dan
etibarən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil
yolunun 6-11-ci km-lik hissəsində (Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan
dairəsi hissəsi) hər iki istiqamət üzrə asfalt-beton örtüyünün
yenilənməsi işlərinə başlanılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən XəzərXəbər-ə verilən məlumata görə, yolun sözügedən hissəsində işlər aparılan
zolaqlar üzrə yol bağlanmadan hərəkət hissə-hissə qismən
məhdudlaşdırılacaq. Hərəkətin hissə-hissə qismən məhdudlaşdırılması
təmir işləri bitənədək tətbiq ediləcək.
Sürücülərdən Bakı-Quba-Rusiya
Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11-ci km-lik
hissəsində sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə
uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Bundan
başqa təmir işləri aparılan müddət ərzində sözügedən ərazidə hərəkətdə
olarkən sürücülərdən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol
hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.