Xəzər Xəbər

Siqaretə tətbiq edilən vergi 3 dəfə artırıldı

Cəmiyyət | 16:31 • 12 İyun 2018
Siqaretə tətbiq edilən vergi 3 dəfə artırıldı
Azərbaycanda tütündən hazırlanan siqaretlərin vergi dərəcəsi artırılıb.


XəzərXəbər xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin növbədənkənar plenar iclasında müzakirəyə çıxarılıb.


Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən dəyişikliyə əsasən, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 12 manat vergi tutulacaq. İndiyədək bu məbləğ 4 manat idi. Dəyişiklik layihəsi səsverməyə çxıarılaraq qəbul olunub.

Xəbər lenti