Qoç- Müsbət
emosiyalar almağa elə can atırsınız ki, həyatın yalnız bu emosiyalardan
ibarət olmadığını unudursunuz. Bu gün vəzifələrinizi unudur, verdiyiniz
sözləri yadınıza salmaq istəmirsiniz. Üstəlik, belə yüngüllüyə görə
kimsənin sizi cəzalandırmayacağından çox əminsiniz. Yeni tanışlarınızda
müsbət təəssürat yaratdığınızdan yeni əməkdaşlıq, yaxud da eşq
macərasının başlanması mümkündür.
Qarşı cinsin nümayəndələrinin diqqəti sizə çox xoşdur. Bəzən onu əldə
etmək üçün özünüzü abdalcasına aparırsınız. Böyüklərin müdrik
məsləhətlərini dinləyin, o zaman bir çox ciddi səhvlərdən qaça
bilərsiniz.
Buğa- Yaxşı ideyalar və yeni planlar çoxdur, bunların
reallaşdırılması qarşınızda yeni imkanlar açır. Düzdür, çox işləməli
olacaqsınız, üstəlik, şərait də bir o qədər ürəkaçan olmayacaq.
İntellektual potensialınız yüksəkdir, odur ki, hətta ən mürəkkəb
məsələni qısa müddətdə həll edirsiniz. Uzunmüddətli planlaşdırma aparmaq
olar.
Çox sakit və soyuqqanlısınız. Bu, işlərinizi yoluna qoymağa kömək edir,
ancaq ətrafınızdakılarda xoş olmayan təəssürat yaradır. Çox hissiyyatlı
olanlar isə sizin ümumiyyətlə daşürəkli olduğunuzu düşünəcəklər.
Əkizlər- Ünsiyyət və yeni tanışlıqlar üçün çox münasib
gündür. Çox cazibədarsınız, bu, ətrafınızdakıların nəzərindən yayınmır.
Yeni eşq macərasının başlanması ehtimalı böyükdür, amma hisslərin
dərinliyi hələlik sual altındadır.
İşgüzar adamlar üçün gün yaxşı sayıla bilər: bizneslərini genişləndirə,
sərfəli müqavilələr bağlaya bilərlər. Bürcün bütün nümayəndələri
sürprizlərə, pul, dəyərli hədiyyələr almağa ümid edə bilərlər. Uşaqlar
və qaraqabaqlıqları dillər əzbəri olan adamlarla asanlıqla dil
tapırsınız.
Xərçəng- Xırda çətinliklər və problemlər çox olsa da,
nə sizin əhvalınıza, nə də baş verən hadisələrə münasibətinizə təsiri
olmayacaq. Düşmənlərinin üzərində tezliklə qələbə çalacaqlarından əmin
olan Xərçənglər yanılmırlar, çünki doğrudan da, düzgün yanaşma
nəticəsində istədiyinizə çata bilərsiniz, bir az ağlınızı işlətməyiniz
gərəkdir.
Ev işlərilə məşğul olmaq faydalıdır, yaxınlarınız da sizə həvəslə kömək
edəcəklər. Ümumi qayğılar birləşdirir. Sevdiyiniz insandan yardım
istəməkdən çəkinməyin, o buna hətta sevinəcək.
Şir- Gözəl ideyalar, gələcək üçün maraqlı planlar
yaranır. Əsas odur ki, onları reallaşdırarkən tələsməyib, daha yaxşı
məqamı gözləyəsiniz. Bu gün mənfi tendensiyalar vaxtaşırı özünü büruzə
verir, özü də sizin heç gözləmədiyiniz bir vaxtda.
Faydalı bir məlumat alaraq dərhal ondan yararlanacaqsınız. Sizin üçün
çox dəyərli bir insanla rastlaşa bilərsiniz. Yaradıcı potensialınız
yüksəkdir, müxtəlif şənlik və əyləncələrin təşkilində
tayınız-bərabəriniz yoxdur.
Qız- Parlaq, yaddaqalan, üstəlik, məhsuldar və xoş
gündür. Həyatınızı kökündən dəyişə bilərsiniz, yetər ki, istəyin.
Faydalı məlumatlar vaxtında gəlir və yalnız intuisiyanın hesabına qərar
verməyə gərək qalmır. Çox dəyərli məsləhətlər verirsiniz, bu,
ətrafınızdakıların diqqətindən qaçmayacaq.
Bir şey pisdir: emosional fon qeyri-sabitdir, bu səbəbdən çox
əsəbisiniz, xırda anlaşılmazlıqlara sərt reaksiya verirsiniz. Xüsusilə
xeyli insanın çalışdığı kollektivdə işləyən Qızların işi çətin olacaq.
Tərəzi- Gərgin, təzadlı gündür. Fikirlərinizdə,
planlarınızda və istəklərinizdə bir nizam yaratmağa nail ola
bilmirsiniz. Eyni zamanda, düşmənləriniz sizi yanıldır, sizi idarə
etməyə çalışırlar, özünüzü toplayın. İri alış-veriş etmək, daşınmaz
əmlakın alqı-satqısı, yaxud icarəsi ilə bağlı sənədləri imzalamaq
məsləhət deyil.
Zəngin fantaziyanız, hər bir işə yaradıcı yanaşma situasiyanı yaxşıya
doğru dəyişməyə imkan verir. Cəhd göstərin, hər şey alınacaq.
Qısamüddətli səfərlər üçün münasib gündür.
Əqrəb- İşlər sizin gözlədiyiniz kimi getmir.
Planlarınız dağılır, yeni şəraitə uyğunlaşmaq lazım gəlir. Bir çox
Əqrəblər özlərini köməksiz hiss edəcəklər, təbii ki, əhvalları da
korlanacaq. Etibar etdiyiniz insanların dəstəyindən məhrum olmağınız
işləri daha da çətinə salır.
İrimiqyaslı layihələri reallaşdırmağa çalışmayın, ümumiyyətlə, böyük
işlərə girişməyin. Yaxınlarınız sizi düşünülməmiş hərəkətlərdən
çəkindirməyə çalışırlar, onların məsləhətinə qulaq assanız, ağıllı iş
görmüş olarsınız.
Oxatan- Diqqətinizə işə yönəltsəydiniz, çox şeyə nail
ola bilərdiniz. Ancaq bu gün bürcün nümayəndələrini uğur deyil,
ətrafdakıların təqdiri daha çox maraqlandırır. Qələbələrinizə diqqət
çəkmək, özünüzün ən yaxşı cəhətlərinizi nümayiş etdirmək üçün çox
əziyyət çəkməli olursunuz. Bu "faydalı" məşğuliyyət xeyli vaxtınızı və
gücünüzü alır. Halbuki bunları daha səmərəli bir fəaliyyətə sərf edə
bilərdiniz.
Özünüzlə, ətrafınızdakılarla dürüstsünüz, bəzən bu, xoşagəlməz
situasiyalar yaradır, ancaq eyni zamanda qlobal problemlərin qarşısını
alır. Vacib qərarlar verə, gələcək planlarınızı dəqiqləşdirə, nikaha
girə bilərsiniz.
Oğlaq- Bu günün uğurları entuziazmla düz mütənasibdir.
Əgər candərdi iş görürsünüzsə, heç bir nailiyyətə ümid etməyin. Ruh
yüksəkliyi və nikbinlik isə istənilən problemi aradan qaldırmağa kömək
edəcək. Faydalı əlaqələr qurmaq olar, bir çox məsələlərin həllində sizə
yardım edə biləcək bir insanla tanış olmaq şansınız var.
Ailə problemlərinin həlli və aktual məsələlərin müzakirəsi üçün münasib
gündür. Mürəkkəb situasiyadan çıxış yolu tapmağa nail olursunuz. Bugünkü
davranışınız rəyinə hörmət etdiyiniz insanın diqqətini sizə yönəldəcək,
təqdir olunacaqsınız.
Dolça- Ətrafınızdakılarla heç cür dil tapa
bilmirsiniz. Bu həm işgüzar, həm şəxsi münasibətlərə aiddir. Bir çox
Dolçalar o qədər anlaşılmazlıqla rastlaşırlar ki, demək olar ki, hamını
özlərinə düşmən görürlər. Tamamilə yalqız qalmaq riski ilə üz-üzəsiniz.
Pulları düşünmədən sərf edirsiniz, günün sonunda pulqabınız boşala
bilər.
Sizə maraqlı olan işlərlə məşğul olaraq nəinki uğurlar qazanacaq,
üstəlik, başqalarını da arxanızca aparacaqsınız: müştərək iş qarşılıqlı
anlaşmaya yol açır. Sevən Dolçalara romantk gəzintilər, at üstündə
gəzinti, su kənarında istirahət məsləhət görülür.
Balıqlar- Qələbə qazanmaq istəyirsiniz, amma bunun
üçün heç bir iş görmürsünüz. Nə ağıllı, nə də sərfəil mövqedir. Ola
bilsin ki, bəxtiniz gətirsin, ancaq doğrudan da, müvəffəqiyyət əldə
etmək niyyətiniz varsa, o zaman işləyin. Tənbəllik, ehtiyatsızlıq,
səliqəsizlik çoxsaylı xırda itkilərə yol açır.
Yaxınlarınıza qarşı diqqətli olun, onların yanında olmağa çalışın.
Uşaqlarla daha çox vaxt keçirin, onlarla oynayın. Günün ikinci yarısı
gözünüzə artıq görünən əşyalardan qurtulun.
Milli.Az