Xəzər Xəbər

ETSN havanı zəhərlədiyi üçün MMC direktorunu 3 min manat cərimələyib

Cəmiyyət | 09:38 • 12 İyun 2018
ETSN havanı zəhərlədiyi üçün MMC direktorunu 3 min manat cərimələyib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nərimanov rayonu, Araz küçəsi 3 ünvanında fəaliyyət göstərən müəssisə tərəfindən havaya qara tüstü atılması ilə bağlı daxil olan şikayət Nazirliyin mütəxəssisləri tərəfindən yerində araşdırılıb.

Nazirlikdən xezerxeber.az-a verilən xəbərə görə, araşdırma zamanı havaya tullantıların sözügedən ərazidə fəaliyyət göstərən "Buz Metal” MMC tərəfindən atıldığı müəyyən edilib.

Atmosfer havasından nümunələr götürülərək analizlər aparılıb və nümunələrdə zərərli maddələrin miqdarının artıq olduğu məlum olub.

Faktla bağlı MMC-nin direktoru Məmməd Ələkbərov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində İnzibati Xətalar Məcəlləsinə əsasən 3000 manat məbləğində cərimə olunub. Bundan başqa, qanun pozuntusunun aradan qaldırılması üçün MMC-yə icrası məcburi olan müddətli "məcburi göstəriş” verilib.

Xəbər lenti